Dünya 16:51 09.07.2020

Məşhur aktrisa Naya Rivera oğlunun gözü qarşısında faciəli şəkildə öldü

"Xor" televiziya serialında ("Lozers" - red.) oynadığı Santana Lopez roluyla məşhurlaşan 33 yaşlı amerikalı aktrisa və müğənni, iki dəfə "dünyanın ən seksual qadını" olaraq tanınan Naya Rivera kiçik oğlu Cozinin gözü qarşısında faciəli şəkildə ölüb. 

Qaynarinfo xəbər verir ki, TMZ portalının verdiyi məlumata görə, aktrisa uşağı ilə birlikdə Kaliforniyanın Ventura əyalətindəki Piru gölünə qayıq gəzintisi üçün gedib. Gəzinti zamanı Rivera üzmək istəyib və gəmidən suya atılıb. Hansıasa səbbədən üzə bilməyərək boğulub. Bir neçə saat sonra xilasedicilər onun uşağını qayıqda yatmış vəziyyətdə tapıb. Uşaq indi aktrisanın yaxınlarının himayəsindədir. Aktrisanın cəsədi hələ tapılmayıb.

Qayıqda polis Riveranın gödəkçəsini və sahildə içərisində təmiz əşyalar olan avtomobilini tapıb.

Aktrisa "C.S.I .: Mayami”, "Məkrli xidmətçi” və "Malibu xilaskarları” seriallarıyla da məşhurdur.
 
Alpər