Xəbər lenti

Məşhur ətir şirkətinin parfümeri Bakıda master-klass keçdi (FOTO/VİDEO)
Foto 12:07 10.12.2019

Məşhur ətir şirkətinin parfümeri Bakıda master-klass keçdi (FOTO/VİDEO)

Dekabrın 4-də CPL Aromas şirkətinin global parfümeri Kristian Provenzano Rijaal Parfums şirkətinin dəvəti ilə Bakıda master-klass keçib. 

Qaynarinfo xəbər verir ki, təlimdə xarici parfüm şirkətinin nümayəndələri ilə yanaşı ölkənin ən qabaqcıl ətriyyatçıları da iştirak ediblər. Master-klassda ətirlər haqqında, onların tərkibi, ətirlərin ən son yenilikləri ilə bağlı məlumat verilib. Kristian Provenzano maraqlı məlumat və yeniliklərlə iştirakçıları məlumatlandırıb. 

Tədbirin sonunda təlim iştirakçılarına serifikatlar təqdim olunub. 

Qeyd edək ki, CPL Aromas şirkətinin global parfümeri Kristian Provenzano 2016-cı ildən fəaliyyətə başlayan Rijaal Parfums şirkəti ilə uzunmüddətli əməkdaşlıq edir. Rijaal Parfums şirkəti ətir bazarının ən keyfiyyətli məhsullarının satışı ilə və yüksək səviyyədə xidməti ilə açıq parfum satışının ilklərindəndir. 

Kristian Provenzano 1953-cü ildə Morokkanın Kasablanka şəhərində italyan ailəsində dünyaya gəlib. O 1971-ci ildə Amstredamda Maschmeijer Aromatics şirkətində laborant olaraq çalışmağa başlayıb. Parfümerlər məktəbini bitirdikdən sonra Maschmeijer Aromatics şirkətində parfümer vəzifəsində çalışıb. 
1974-cü ildə o İngiltərəyə köçür və Zimmermann & Hobbs şirkətində işləyib. CPL Aromas şirkətində isə öz karyerasına 1989-cu ildə baş parfümer vəzifəsində başlayıb. O CPL Aromas şirkətinin qlobal direktoru təyin olunub. Kristian Provenzano məşhur Agent Provocateur, Jasper Conran, Pearl Oud By Kilian, C for Men Woody Leather, Clive Cristian  ətirlərinin ərsəyə gəlməsi üzərində çalışıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->