Olimpiya çempionu Marieke Vervur öz ölümünə qərar verib. Qaynarinfo xəbər verir ki, müalicəsi mümkün olmayan əzələ əriməsi xəstələyindən əziyyət çəkən belçikalı idmançı məcburiyyətdən bu addımı addımı atıb.
"The Daily Telegraph"ın əməkdaşı Oliver Brauna açıqlama verən Vervurt "Daha artıq acı çəkmək istəmirəm, ölməyə hazıram" deyib.
2012-ci ildə London Paralimpiya Oyunlarında və ötən il Rio Paralimpiya Oyunlarında gümüş medal qazanan 38 yaşlı idmançı həyatına son qoyulması üçün lazım olan sənədləri 2008-ci ildə imzalamışdı. Amma həmin vaxt həyatına son qoyulmasına hələ hazır olmadığını bildirmişdi.
Səhhəti getdikcə pisləşən Vervurt artıq qərarını qətiləşdirib. "Vəziyyət mənim üçün getdikcə çətinləşir. Hər keçən gün daha ağır depresiyaya düşürəm. Əvvəllər heç belə olmamışdım. Çox ağlayıram. Görmə qabliyyətimi itirirəm. Bir həkim gözlərimdən birinin 2/10, digərinin 1/10 gördüyünü dedi. Heç nə edə bilməyəcəyini, problemin beynimdən qaynaqlandığını dedi. Bir gün ard-arda spazma keçirdim, bütün gecə başımın üzərinə nevroloq gözlədi. Epilepsiya krizi keçirmədiyimi, artıq vücudumun çökdüyünü bildirdi" deyə idmançı "The Daily Telegraph"a bildirib.
Oliver Braun Vervurt üçün "İnsanların ona acımasını istəmir" deyir. Belçikalı atlet isə şampan sevgisindən bəhs edir, Donald Tramp parodiya edir və iti ilə zaman keçirir.
Vervurtun vücudunun ona xəyanət etməsinə rəğmən 4 Paralimpiya medalı qazanan bir qadın olaraq yaşadıqlarını bioqrafiya kitabında anladır. Onun fikrincə, həyatı və idman insanlara ilmah verməlidi.
"The Daily Telegraph" yazarı Brüsseldəki xəstəxanada görüşdüyü idmançı ilə görüşməyin çox çətin olduğunu deyir: "Artıq pis günlərin yaxşı günlərdən daha çox olduğu bir səhifəyə keçib. Xəstəxanaya çatanda "morfin bombardmanı" səbəbi ilə yatırdı. Bir neçə saat sonra məni çağırıb görüşməyə hazır olduğunu dedi. Ölümü ilə bağlı hər detalı dəqiqliyi ilə müəyyənləşdirib".
Vervurt sevdiyi insanlara vaxtı gələndə oxumaları üçün ayrı-ayrı məktublar yazıb, ünvanlara göndəriləcəyi zamanları üzərlərinə qeyd edib. Ölümünün içində ağ kəpənəklər olan qırmızı bir qutunun açılması və kəpənəklərin uçması ilə elan olunmasını istəyib.
Vervurt cənazə mərasiminin bir kilsədə keçirilməməsinə qərar verib. Paralimpiya medalçısı dinlə bağlı düşüncələrini "Əgər Tanrı varsa, məni belə cəzalandırdığına görə çox pis biri olmalıdı" sözləri ilə izah edir.
Səhhəti hər ötən gün daha da psləşən 38 yaşı Vervurt özünü 90 yaşlı insan kimi hiss edir: "Gecələr yata bilmirəm. Psixologiyam pozulub. Ölən zaman psixoloqumun da yanımda olmasını istəyirəm. O belə "Çox çətin şeylər yaşayırsan, indiyədək belə bir şey görməmişdim" deyir.
Vervurtun həyatına iynə ilə doktor Vim Distelmans son qoyacaq. Həkim atletin ölüm tarixinə özü qərar verməsi üçün zamanı uzadıb. "Ona əvvəl "cinayət həkimi" deyirdilər. Amma həyatımı qurtardı. O burda olmasaydı mən çoxdan özümü öldürmüşdüm. Ölmək üçün tarix gözləmək o qədər çətindi ki... Nə zaman vaxtı müəyyənləşdirəm "Əminsən?. Həqiqətən əminsən?" deyirdilər.
Vervurtun atası Jos "Yaxınlaşdıq" deyir: "Artıq normal yemək belə yeyə bilmir. Yalnız pudinq yeyə bilir. Ondan başqa heç nə qəbul edə bilmir. Sona yaxınlaşır".
Ailəsi Vim Distelmans qızlarının həyatına son qoyan zaman yanında olmayacaq. "Çox ağırdı" deyir atası: "Başqaları yanında olsa, daha yaxşı olar".
Aydın
Şərhlər