Yunanıstanda 5 il öncə öldürülən musiqiçi Pavlos Fissasın anım günü ilə əlaqədar təşkil olunan aksiyada polislə iştirakçılar arasında qarşıdurma yaşanıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, minlərlə aksiyaçı Fissasın öldürüldüyü Afinanın Keratsini səmtində bir yerə toplaşaraq irqçilik və faşizm əleyhinə şüarlar səsləndiriblər.
Üzü maskalı bəzi aksiyaçılar partiya binasına daş və molotof kokteyli atdıqları üçün çevik polis alayı aksiyaya gözyaşardıcı qazla müdaxilə ediblər. Etirazçılar həmçinin zibil yeşiklərinə də od vurublar.
Yunan mətbuatında yer alan xəbərlərə görə, Səlanikdə keçirilən aksiyalarda da oxşar hadisələr yaşanıb.
Qeyd edək ki, solçu fəal kimi tanınan 34 yaşlı Pavlos Fissas 5 il öncə Afina yaxınlığında Qızıl Şəfəq partiyasının üzvü Yorqo Rupakias tərəfində bıçaqla öldürülüb, lakin bu vaxta qədər onun barəsində qaldırılan cinayət işi heç bir nəticə verməyib.
Şərhlər