Messi 6-cı dəfə

Messi 6-cı dəfə "Qızıl buts"u qazandı

 
"Barselona" futbolçusu Lionel Messini karyerasında 6-cı dəfə "Qızıl buts" mükafatını alması münasibətilə təbrik edib.

Qaynarinfo xəbər verir ki, La Liqanın 34 oyunun 36 qol vuran və 13 məhsuldar ötürmə edən argentinalı hücumçu birinci yeri tutub.
 
Messinin "Qızıl top" uğrunda mübarizədə ən yaxın rəqibi PSJ-nin forvardı Kilian Mbappe olub. Mbappe ondan 3 qol az vurub. Üçüncü yeri 26 qolla "Sampdoriya"nın hücumçusu Fabio Kvalyarella tutub.

"Qalatasaray"ın oyunçusu Mbaye Diange 30 qol vursa da, "Top-5"lə müqayisədə Türkiyə Super Liqasının əmsalı 2 yox, 1,5 olduğu üçün o, 4-cü yerlə kifayətlənib. Növbəti yerlərdə isə hərəyə 22 qola malik Məhəmməd Salah, Sadio Mane (hər ikisi "Liverpul"), Robert Levandovski ("Bavariya"), Nikolya Pepe ("Lill"), Duvan Sapata ("Atalanta"), Pyer-Emerik Obameyanq ("Arsenal") və Kşiştof Pyontek ("Milan") qərarlaşıb.

Qeyd edək ki, Lionel Messi daha əvvəl 2010, 2012, 2013, 2017 və 2018-ci illərdə də "Qızıl buts"a sahib olub.
 
XƏBƏRLƏR
BLOGLAR