Messi “Qızıl buts”unu aldı (VİDEO)

Messi “Qızıl buts”unu aldı (VİDEO)

"Barselona”nın kapitanı Lionel Messi "Qızıl buts” mükafatını alıb.

Qaynarinfo xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu UEFA-ya üzv olan ölkələrin çempionatlarının ən yaxşı bombardiri üçün təsis olunan mükafatı 6-cı dəfə alıb. Messi buna ötən mövsüm La Liqada 34 oyuna 36 qol vuraraq 72 xal toplamaqla nail olub.

Qeyd edək ki, "Barselona”nın yetirməsi olan Lionel Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudu. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 6 dəfə "Qızıl top”a və 6 dəfə "Qızıl buts”a layiq görülüb.

XƏBƏRLƏR
BLOGLAR