“Barselona”nın baş məşqçisi Xerardo Martino futbolçusu Lionel Messinin durumu ilə bağlı açıqlama verib.
Qol.Az-ın xəbərinə görə, bu həftə Argentina və Ruminıya komandaları arasındakı yoxlama oyununda Messi özünü pis hiss etdiyindən meydanda qusub. Bu isə futbolçunun səhhətində problemlər olması haqda söhbətlərə səbəb olub. Çünki oxşar vəziyyət artıq üçüncü dəfə təkrarlanıb.
La Liqa təmsilçisinin baş məşqçisi Xerardo Martino bu gün keçirdiyi mətbuat konfransında argentinalı hücumçunun bir neçə dəfə həkim yanına getdiyini deyib. Ancaq onlar futbolçunun hansı səbəbdən qusmasını müəyyənləşdirə bilməyib.
X.Martino söyləyib ki, Messinin belə durumla üzləşməsi normal hal deyil.
“Amma bu fakt onun oyununa təsir etmir. Messidə qusma halları tez-tez baş verir. Məsələ ilə əlaqədar o, bir neçə həkimlə də məsləhətləşib. Amma problem həll olunmayıb. Buna baxmayaraq, bu hadisə narahatlığa əsas vermir” – deyə o qeyd edib.
Qaynar.info
Şərhlər