"Barselona" klubunun futbolçusu Lionel Messinin zədəsinin ciddi olduğunu ortaya çıxıb.Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, dünən La Liqada "Betis"lə matçda meydanı erkən tərk etmək məcburiyyətində qalan argentinalı hücumçunun sol əzələsində problem olduğu bildirilib.
Bu səbəbdən ulduz oyunçunun 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, Messi sonuncu dəfə "Almeriya" ilə matçda zədələnmişdi. Həmin vaxt o, 3 həftə forma geyə bilməmişdi. Artıq üçüncü dəfə eyni problem səbəbindən matçlarda iştirak edə bilməyəcək Messinin futbolçu karyerasının təhlükədə olduğu iddia edilir.
Qaynar.info
Şərhlər