Əməkdar artist Mətanət İsgəndərli Türkiyə vətəndaşı ilə ailə quran qızı Ülkər barədə danışıb.
Qaynarinfo-nun APA TV-yə istinadən məlumatına görə, müğənni bildirib ki, qızı tezliklə ana olmaq istəmir: "Qızım ərə gedib. Öz-özüümə deyirəm ki, indikilər nə qədər bilirlər. Bizim dövrümüzdə belə şeylər yox idi. İndikilər deyir ki, hələ ana olmaq istəmirik. Mən də başa düşə bilmirəm ki, bu nə olan şeydi? Bunların bilmişliyinə bax”.
Qeyd edək ki, M.İsgəndərlinin qızı Ülkər Engin adlı bəylə ailə qurub. Cütlüyün qız toyu ötən ilin sentyabrında, oğlan toyu isə ötən ilin noyabr ayında Antalyada olmuşdu.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər