Xəbər lenti

Mətbəx üçün faydalı 10 məsləhət
Ölkə 16:18 25.05.2019

Mətbəx üçün faydalı 10 məsləhət

Xanımların ən çox zaman keçirdikləri yer təbii ki, mətbəxdir. Bu səbəbdən xanımlar daim mətbəxdə işlərini asanlaşdıracaq, hazırladıqları təamları dadlı edəcək məsləhətlər istəyirlər.


Qaynarinfo mətbəxlə bağlı bir neçə maraqlı məlumatı diqqətinizə çatdırır:

1. Sobada toyuq qızardacağınız zaman üzərinə qoyduğunuz ədviyyatlardan içinə də qoyun. Beləcə daha ləzzətli olar.

2. Sobada kartof bişirmədən əvvəl 10-15 dəqiqə qaynadın və çəngəl ilə dəlin. Daha asan bişəcək.

3. Qabarıq bir omlet hazırlamaq istəyirsinizsə, bir şorba qaşığı suyun içərisinə bir çay qaşığı misir unu qarışdırın. Hazırladığınız qarışığı yumurtaya əlavə edin. Beləcə qabarıq bir omlet etmiş olacaqsınız.

4. Pomidor sousunuz çox turşdursa, içərisinə bir kök rəndələyin. Kök sousunuzu dadlandıracaq.

5. Yumurtaların qaynadılarkən çatlamaması üçün, suyuna bir şorba qaşığı sirkə əlavə edin.

6. Göbələklərin daha ləzzətli olması üçün bişirmədən əvvəl üzərlərinə bir az duz və limon suyu əlavə edin, 5 dəqiqə gözləyin. Daha sonra bişirin.

7. Pendiri asan rəndələmək üçün, 15 dəqiqə buzluqda saxlayın.

8. Sarımsağı hər vaxt əlinizin altında hazır saxlamaq istəyirsinizsə, qabıqlarını soyduqdan sonra bir qaba doldurub və üzərinə zeytunyağı tökərək mühafizə edə bilərsiniz. Həmçinin bu yağ yeməklərinizə, salatlarınıza ayrı bir ləzzət qatacaq.

9. Soba torbasında toyuq bişirərkən, vəsaitləri doldurduğunuz soba torbasının üzərinə bir neçə dəlik açın. Beləcə daha tez və yaxşı bişər. Həmçinin soba torbasının içərisinə bir neçə diş sarımsaq qoysanız, ləzzətinə doyum olmaz.

10. İstifadə edilmiş limon qabıqlarını rəndələyib şəkər ilə qarışdırın. Qabın içərisində soyuducunda uzun bir müddət saxlaya bilərsiniz. Beləcə tort hazırlayarkən əlinizin altında hazır olar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->