Metro bağlandı, avtobuslarda vəziyyət necədir? (FOTOLAR)

Metro bağlandı, avtobuslarda vəziyyət necədir? (FOTOLAR)

Məlum olduğu kimi, ötən axşamdan etibarən Bakı Metropolitenində qatarların hərəkəti dayandırılıb.

Dünən saat 22:00-dan bağlanan metronun ən tezi aprelin 20-də açılacağı gözlənilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarından sonra metrodan istifadə edən sərnişinlər də avtobuslara üz tutub. 

Bakı Nəqliyyat Agentliyinin sözcüsü Mais Ağayev AzTV-yə açıqlamasında bildirib ki, bu gün səhər saatlarında marşrut avtobuslarında sıxlıq müşahidə edilib: 

"Bakı Nəqliyyat Agentliyinin rəhbər şəxsləri ilə birlikdə sərnişinlərlə fərdi söhbət apardıq. Bir çox şəxs zərurət olmadan evdən çıxıb. Düzdür, işə gedənlər də var. Amma xüsusilə, yaşlı insanlar oğlunun, qızının evinə getmək üçün marşrut avtobuslarından istifadə edir. Poliklinikaya getməyi bəhanə edənlər də var. Vətəndaşlara bir daha çağırış edirəm ki, mümkün qədər evdə qalsınlar.

Sərnişin avtobuslarının dezinfeksiya işləri hər gün edilir. Bu, bütün nəqliyyat strukturlarında aparılır. Dayanacaqlar, ödəmə terminallarının dezinfeksiyası daha da artırılır”.

"Qafqazinfo”nun əməkdaşı Pərvin Zeynalın yeni qərardan sonra "Koroğlu” NMM-dəki vəziyyətlə bağlı çəkdiyi fotoları təqdim edirik:

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR