Xəbər lenti

Video 23:39 29.09.2021

Metrolarda COVİD-19 pasportu tələb olunacaqmı? (VİDEO)

Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, oktyabrın 1-dən ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni həftəsonları da sərnişindaşıma fəaliyyəti göstərəcək.

Qatarların hərəkət cədvəli 2019-cu ilin eyni dövrünün qrafikinə uyğun tərtib olunub.

Bakı Metropoliteni QSC-nin Hərəkət Xidmətinin rəisi Elxan Məmmədov mövzu ilə bağlı sualları cavablandırıb. 

O bildirib ki, digər günlərdə olduğu kimi həftə sonu da metro saat 06:00-dan gecə saat 12-ə kimi fəaliyyət göstərəcək.

Xidmət rəisinin sözlərinə görə indiki məqamda sərnişinlərdən COVİD pasportunun yoxlamaq qeyri-mümkün olar. Onun sözlərinə görə, müxtəlif qurumlarda, həmçinin ali təhsil müəsisələrində COVİD sənədi yoxlandığı üçün metropolitendə bu yoxlamalara ehtiyac yoxdur.

Daha ətraflı Baku TV-nin süjetində:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?