Xəbər lenti

Ölkə 09:43 09.04.2016

Meyiti götürülən hərbi qulluqçulardan ikisinin adı AÇIQLANDI

Aprelin 8-də ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanında qalmış Azərbaycan və Ermənistan hərbi qulluqçularının meyitləri götürülüb.

Mingəçevirdən olan deputat Aydın Mirzəzadə onlardan ikisinin adını açıqlayıb.

Onlar gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadədir.

Hər iki hərbi qulluqçular aprelin 2-də gedən döyüşlərdə həlak olub. "Ermənistan-Azərbaycan cəhhə xəttində Teymur Qasımovun cəsədi Azərbaycan tərəfə təhvil verilib, Adil Adilzadənin məsələsi isə hazırda həll edilir", - deputat bildirib.

T.Qasımov bu gün Mingəçevirdəki Şəhidlər Xiyabanında dəfn ediləcək.Report

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?