Xəbər lenti

Meyxanaçı Samirə Moskvada yaşayanlardan danışdı: “İstər Rəqsanə olsun, istər...”
Maqazin 14:51 22.09.2021

Meyxanaçı Samirə Moskvada yaşayanlardan danışdı: “İstər Rəqsanə olsun, istər...”

"Moskvada mənə heç bir azərbaycanlı müğənni dəstək olmadı”.

Bunu Qaynarinfo-ya açıqlamasında bu günlərdə Rusiyadan qayıdan meyxana ifaçısı Samirə Yusifqızı deyib. Rusiyada iş quran müğənni gələcəkdə orada yaşayacağını da gizlətməyib:

"Bu yayı Rusiyada keçirdim. Tək Moskva deyil, Rusiyanın bir çox yerlərindən dəvətlər alıram. Azərbaycanda hər yan bağlıdır, bu üzdən sənət adamları yolunu Rusiyadan salmağa məcbur oldu. Orada toylarla yanaşı, xırda məclislər, konsertlər keçirilir, onların hər birinə dəvət alıram. Biz də dolanmalıyıq. Azərbaycan sənət adamlarının çoxusu artıq Rusiyada çalışır. Düzü, mən də orada iş qurmaq, yaşamaq istəyirəm. Bu isə asan məsələ deyil, orada yaşamaq, işləmək üçün qaydalar var, Rusiya vətəndaşlığını almalısan. Bu, külli miqdarda pul tələb edir, hələ ki, buna imkanım yoxdur, amma bunun üçün çalışacağam”.

Meyxanaçı bildirib ki, Rusiyada ona yeganə dəstək olan Sərxan Kərəmoğlu olub:

"Heç kiminin qapısını döymərəm, heç kimdən də minnətim yoxdur, heç kimlə əlaqə saxlamıram. Allah mənim xalqıma versin, mənə çörək verən xalqımdır. Öz işimi özüm qururam, heç kimdən asılı adam deyiləm. Moskvada sıfırdan başlamışam, Allah deyib, gedirsən. Amma bir nəfər dəstək oldu - Sərxan Kərəmoğlu mənə atalıq, qardaşlıq, dayılıq elədi.  Allah onun balalarını saxlasın, mən bunu unutmaram. Sərxan Kərəmoğlunun yaxşılığını ölənə kimi yaddan çıxarmaram. Moskvada mənə başqa heç bir azərbaycanlı müğənni dəstək olmadı, istəyir Rəqsanə olsun, istəyir bir başqası. Hamısı da bildi ki, ordayam. Heç kim mənə bir manat xeyir, bir məclis belə vermədi. Hamısı çəkilib kənarda dayandı, sanki Samirə yad planetdən gəlib”.

Meyxanaçı bunu səbəbini rəqabətlə əlaqələndirib:

"Mənim tamaşaçılarım daha çoxdur, hamısı da bundan qorxdu. Çünki Azərbaycanda mənim kimi məclis aparan yoxdur. Rusiyada meyxanasevərlər çoxdur, mənim məclis aparmağım da bir başqa aləmdir. Bir giley-güzar etmədim. Çünki qayıdar deyər ki, sənə borcum var? Sağ olsun Sərxan Kərəmoğlunu, həyatımda iz qoyan dostum, qardaşım. Yaxşı dostları heç vaxt itirmirəm”.

Samirə meyxanaçı Oqtay Kamil ilə işbirliyinin davam edəcəyini vurğulayıb: 

"Oqtay da gözləyir ki, bir necə mahnı yazdıraq, işlərim çox olduğundan çadıra bilmirəm. 27-si yenidən Moskvaya qayıdacağam. Amma Oqtayla duetlərim davam edəcək”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->