Meyxanaçıyla Tolik arasında qalmaqal: səsi alındı... (VİDEO)

Meyxanaçıyla Tolik arasında qalmaqal: səsi alındı... (VİDEO)

"Rasim Balayev bu millətin ağrı-acısı ilə tanış olan insandır. Onun o sözü deməyə haqqı çatır”.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Aqşin Fateh Xalq artisti Rasim Balayevin "Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar” fikri haqda danışarkən söyləyib.

"Hər şey daxil” verilişində gedən müzakirə zamanı aparıcı Tarix Əliyev Aqşinin bu sözlərinə əsəbiləşib:

"Sənətkar olar, deyər ki, Tolik meymunluq edir, ona elə cavab verərəm ki, yeddi qatından keçər. Şəxsiyyəti təhqir etmək olmaz. Kinoya çəkilmisiniz, tarixə düşmüsünüz. Aqşin, sən düzgün danışmırsan”.

"Tolik, qoy, fikrimi tamamlayım. Azərbaycanda ciddi janrda film çəkilmir. Heç kim o filmlərə getmir. O meymunluğu loru şəkildə şit olan, klounluq edənlərə deyib. Söhbət Fərdadan yox, 90 faiz çəkilən filmlərdən gedir. Onun sözünün canı budur ki, meymunluq edənlərə çox baxırlar. Elə səhnələr var ki, insanlar ailəsi ilə həmin filmlərə baxmağa getmirlər. Azərbaycan tamaşaçısının zövqünü formalaşdıran sənətçilərdir” deyə, Tolikin iradına cavab verən Aqşinin daha sonra efirdə səsi alınıb.

Prodüser isə ona belə qarşılıq verib:

"Heç kimin ixtiyarı yoxdur ki, kiməsə meymun desin. Rasim Balayev gəlsin, kino çəksin, görüm baxmağa gedəcəklər. Camaatın filminə şit niyə deyirsən? "Xəzər” TV ildə 2-3 film çəkir, ona 100 min bilet satılır. Aktyorlara klounluq edir demə, meyxanaçılar var ki, nəşə çəkib, dombalaq aşırlar. Sən deyən filmlərə insanlar ailəsi ilə gedir baxır. Sən Azərbaycan xalqını çəkdiyin kliplərlə formalaşdıra bilmərsən. Sənətkar müğənnilər çıxır deyir ki, cavanlar pozğundur. Siz 40 il kişi üstündə dava etmisiniz. Bunu uşaqlar yox, biz bilirik. Sənin kişin vaxtında filan müğənnini toydan götürüb aparıb, oturub, abırdan, namazdan danışırlar. Rasim Balayev peyğəmbər deyil. Səhəri Fərdanın oğluna deyəcəklər ki, atana meymun dedilər. Uşaq depressiyaya düşər. O, ad çəkib. 100 manata hovuza atlanan kişiləri tanıyıram”.
XƏBƏRLƏR
BLOGLAR