Mərkəzi Seçki Komissiyasının sədri ölkədə ən çox rəsmi maaş alan məmurlar sırasındadır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yeni Müsavat" məlumat yayıb.
Bildirilir ki, sonuncu dəfə bu dövlət orqanının əməkdaşlarının maaşları 2018-ci ilin iyun ayında qaldırılıb. Belə ki, iyunun 6-da prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamında dəyişiklik edilməsi bərədə" sənəd imzalayıb.
Sərəncama əsasən, MSK sədrinin aylıq vəzifə maaşı 1855 manatdan 2040 manata, MSK sədrinin müavininin aylıq vəzifə maaşı 1720 manat manatdan 1895 manata, MSK katibinin aylıq vəzifə maaşı 1275 manatdan 1405 manata qaldırılıb. MSK üzvlərinin aylıq vəzifə maaşı isə 1280 manat olub. Həmin vaxta qədər MSK üzvləri 1160 manat aylıq vəzifə maaşı alıblar.
Şərhlər