Zahir Əzəmət
Ramin Hacılı illərin sınağından çıxmış dostlardandır.
Həmişə işıqla, sevgiylə doludur.
Cəsurdur, mərddir, hamının problemi üçün sinəsini qabağa verəndir.
Bütün problemləri də aşacağına inanıram.
Ramin Dalğa Gənclər hərəkatının memarıdır.
2005-ci ildəki seçkilərdən sonra məyusluğa, bozluğa və sükuta gömülmüş məmləkətə bir ümid kimi doğulmuşdu.
Dalğanın hər bir aksiyası "fləşmob" idi, yeni və fərqli idi. Ölkə və dünya mediasının diqqət mərkəzində idi. Elə polisin də... Hər həftə Dalğa-dan kimlərsə həbs olunur, müxtəlif cəzalar alırdı. Amma onlar həbsə də gülə-gülə gedirdilər.
O zaman gənclər də darıxmırdı, fərqli party-lər, kitab, film aksiyaları, müzakirələri olurdu. Çılğın, dolu bir həyat yaşayırdı gənclik.
Ramin "Alma" qəzetinin memarlarından biri idi. İlk dəfə ölkədə bütün fikir və ideologiyalar rahatlıqla bir qəzetdə tribuna tapa bilirdi. Hər nömrəsi ölkədədə müzakirələrə yol açır və düşüncə sərhədlərini genişləndirirdi.
Fərqli və alternativ düşüncənin, yeni gənclik dalğasının doğulmasına verdiyi töhvə danılmazdır.
Çoxlarının ümid və güvənc yeriydi Ramin.
Ümidin gömrükdən belə içəri buraxılmadığı bir ölkədə olanlar oldu.
Prosesi, səbəbləri bilənlər bilir.
Amma ... bunlar da keçəcək!
Ramin elə həmin Ramindir və elə qalmağa da məhkumdur.
Şərhlər