İdman 17:58 08.12.2021

Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasının prezidenti seçildi

Azərbaycan Güləş Federasiyasında (AWF) hesabat-seçki konfransı keçirilib.

Qaynarinfo-nun məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov federasiya prezidenti seçilib. O, Namiq Əliyevi əvəzləyib.

Qeyd edək ki, Namiq Əliyev 2018-ci ilin oktyabrından prezident əvəzi kimi çalışıb.