Ekonomiks 14:32 23.09.2021

Mikayıl Cabbarov: "İnvestorların iqtisadi mühiti dəyərləndirməsi izlənilir"

"Azərbaycandakı xarici investorların ölkədəki iqtisadi mühitlə bağlı dəyərləndirilməsi daim diqqətlə izlənilir".

Qaynarinfo "Report"a istinadla xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021" hesabatının təqdimatında iştirak edirik. Hesabat pandemiyanın iqtisadiyyata təsirinin müəyyənləşdirilməsində, mənfi təsirlərinin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir", - deyə o, qeyd edib.