İdman 10:45 14.05.2022

Millimiz Türkiyəyə yola düşdü

Avropa çempionatının seçmə mərhələsinə hazırlığını davam etdirən 22 yaşadək kişi voleybolçulardan ibarət Azərbaycan millisi Bakıdakı təlim-məşq toplanışını başa vuraraq, Türkiyənin paytaxtı Ankaraya yola düşüb.

Azərbaycan Voleybol Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, yığma qonşu ölkədə yoxlama oyununda qüvvəsini sınayacaq. Eldar Əliyevin baş məşqçi olduğu komanda türkiyəli həmyaşıdları ilə üz-üzə gələcək.

Komanda Avropa çempionatının II təsnifat mərhələsi üçün Kosovoya mayın 19-da Türkiyədən yollanacaq.

Heyətdə Yegor Nikulenko, Mirəşrəf Rzazadə, Ferhat Jenkel, Mais Verdizadə, Roman Qurski, Mərdan Məmmədov, Aslan Həmidov, Yusif Bünyatov, Emil Aşumov, Emin Əmirxanlı, Amirmehdi Ablou və Kənan Həsənli yer alıb.
 
Millimiz E qrupunda Kosovo, Niderland və Slovakiya ilə birgə gücünü yoxlayacaq. Komandamızın ilk matçı mayın 20-də start götürəcək. Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.

AVRO-2022, Təsnifat mərhələsi

E qrupu
 
20 may
21:00. Azərbaycan – Kosovo

21 may
21:00. Niderland – Azərbaycan
 
22 may
21:00. Slovakiya – Azərbaycan
 
Səbuhi Həsənov