Xəbər lenti

Ali məktəblərdə təhsil haqları artacaq (VİDEO)
Video 21:46 19.03.2026

Ali məktəblərdə təhsil haqları artacaq (VİDEO)

Hər il universitetlərdə bəzi ixtisaslar üzrə təhsil haqqında baş verən dəyişikliklər həm abituriyentlər, həm də valideynlər arasında müzakirə mövzusuna çevrilir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev növbəti təhsil ilində də ali məktəblərin təhsilhaqqı qiymətlərində artım olacağını istisna etmir. Bəs hər il olan artımlar hansı səbəblərlə bağlıdır?

Millət vəkili bildirir ki, universitetlər dövrün tələbinə uyğun olaraq yeni ixtisaslar yaradırlar. Bu səbəbdən də yeni laboratoriyalar yaradılır, tədris prosesinə yeni müəllimlər cəlb edilir. Bu da təhsilhaqqının artımını qaçılmaz edir.

Təhsil eksperti Elmin Nurinin fikrincə, ali məktəblərin artan xərcləri ödəmək üçün təhsil haqlarının artırmaqdan başqa yolu yoxdur.

Təhsil haqqında artımların olub-olmayacağını öyrənmək üçün bir neçə dövlət ali təhsil müəssisəsinə sorğu ünvanladıq. Lakin indidən heç bir açıqlama verməyəcəklərini bildirdilər. Özəl ali təhsil ocaqlarından isə Odlar Yurdu, Qərbi Kaspi və Xəzər Universitetindən artan xərclər səbəbindən bəzi ixtisasların illik ödənişlərində artım olacağı deyildi.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.

--> -->