Xəbər lenti

Premyer Liqa: "Zirə" bu gün Yevlaxda, "Sabah" isə Bakıda meydana çıxacaq
İdman09:13 19.03.2026

Premyer Liqa: "Zirə" bu gün Yevlaxda, "Sabah" isə Bakıda meydana çıxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək.
"Report"un məlumatına görə, ilk olaraq "Zirə" "Karvan-Yevlax"ın qonağı olacaq.
Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:00-da start götürəcək. Cari mövsüm avrokuboklara vəsiqəni hədəfləyən "Zirə" 39 xalla 5-ci pillədə qərarlaşıb. Yevlax təmsilçisi 8 xalla sonuncu - 12-ci sıradadır.
Günün ikinci görüşündə "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Matç "Bank Respublika Arena"da, saat 19:15-də başlayacaq. Bakı klubu 59 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 32 xalla 7-ci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
III dövrə, XXV tur
19 mart
15:00. "Karvan-Yevlax" - Zirə"
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu
19:15. "Sabah" – "Sumqayıt"
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Bank Respublika Arena"
Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" səfərdə "Şamaxı"nı minimal hesabla üstələyib - 1:0.