"Türkaz Konstrakşn" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə vergi borcu 62.524,13 manata çatıb.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Həsənov İlham Qərib oğludur.
Onu da bildirək ki, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən sözügedən şirkətdə yoxlama aparılacaq.
Aydın
Şərhlər