Xəbər lenti

Millət vəkili “Kəpəz”in avtobusunu əlindən aldı
İdman 15:50 03.09.2018

Millət vəkili “Kəpəz”in avtobusunu əlindən aldı

"Kəpəz” yenə çətin vəziyyətdədi. I divizionda mübarizə aparan Gəncə klubu diqqətsizlikdən əziyyət çəkir.
 
Qaynarinfo futbolinfo.az-a istinadən xəbər verir ki, sonuncu pilləni tutaraq Premyer Liqa ilə vidalaşan "Kəpəz” yenə AFFA tərəfindən maliyyələşir. Gəncədə isə azarkeşlərdən başqa heç kim komandaya dəstək vermir. Klubun Müşahidə Şurasının üzvü Xanlar Fətiyev isə tamamilə kənara çəkilib.
 
Bu azmış kimi, Fətiyev kluba bağışladığı avtobusu da geri alıb. 2004-cü ildən "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri olan Xanlar bəy klub elitanı tərk edən kimi komandanı daşıyan nəqliyyat vasitəsini rəhbərlik etdiyi qurumun meydançasına gətirtdirib.
 
Əslində, bu, ilk belə hal deyil. Hər mövsümün sonunda avtobus zavoda qaytarılır, baxışdan keçirildikdən, təmir edildikdən sonra, yeni çempionat ərəfəsində komandanın sərəncamına verilirdi. Amma bu dəfə belə olmayıb. Nəqliyyat vasitəsi zavodda saxlanılıb və 2 turdu komanda mikroavtobusun xidmətindən istifadə edir. Ötən tur MOİK-lə oyuna da narahat kiçik nəqliyyat vasitəsi ilə gələn "Kəpəz” bu səbəbdən bir gün öncədən səfərə çıxıb, oteldə qalıblar.
 
Fətiyev avtobusun komandaya qaytarılmamasını hansısa detalın tapılmaması, təmirinin yubanması ilə əlaqələndirir. Halbuki bu, yalandı. Belarusda yığılan MAZ-ın detalları həmişə ölkəmizdə olub – Bakıda, Naxçıvanda və Gəncədə. Sadəcə, Xanlar bəy fürsətdən istifadə edib.
 
Məlum Gəncə hadisələrindən və icra başçısının dəyişməsindən sonra klubun Müşahidə Şurası da dağılıb. Belədə Xanlar bəy də yalnız sabiq başçı Elmar Vəliyevin qorxusundan komandaya verdiyi avtobusu geri qaytarmamağı lazım bilib. İndi onun "Kəpəz”lə heç bir bağlılığı qalmayıb və bəhanəylə avtobusu geri alıb. O, hətta 39 saylı Kəpəz birinci Seçki Dairəsindən Milli Məclisə deputat seçilməsini də unudub və gəncəlilərin sevimli komandasını çətin vəziyyətdə qoyub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->