Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı mərhum Xalq şairi Musa Yaqubun qəbrini ziyarət edib.
Qaynarinfo xəbər verir ki, mərhum şairin qəbirinin qarşısında diz çökən deputat kədərini bir bənd şeirlə ifadə edib:
Evlər məni çəkmədi, Musa, məzarın çəkdi.
Qapılar bağlı, yollar boş, dağlar cansız.
Payız meşələri qan ağlayırdı,
Buynuz ögey idi doğma insansız...
Qeyd edək ki, Xalq şairi Musa Yaqub 2021-ci ildə 83 yaşında dünyasını dəyişib. Mərhum doğulduğu Buynuz kəndində dəfn olunub.
Bahar Rüstəmli
Şərhlər