Xəbər lenti

Millət vəkilindən onlayn oyunlarla bağlı xəbərdarlıq (VİDEO)
Video 14:57 16.03.2019

Millət vəkilindən onlayn oyunlarla bağlı xəbərdarlıq (VİDEO)

"ARB Günəş”in efirində yayımlanan "Kiçikdən-böyüyə” verilişinin qonaqları millət vəkili Sevinc Fətəliyeva və 9 yaşlı Arzu olub.

Sevinc xanım söhbət zamanı uşaqlıqda həkim olmaq arzusundan danışıb:

"Əvvəlcə həkim olmaq arzum var idi, bir müddət sonra isə müəllim olmaq istəyirdim. Daha sonra musiqi ilə məşğul olurdum, musiqiçi olmaq istəyirdim. Sonra həyat elə gətirdi ki, mən Xarici Dillər Universitetinə daxil oldum və orada müəllim kimi çalışdım. Uşaq vaxtı kitab oxumağa meyilli idim”.

Sevinc xanım söhbətin davamında uşaqları onlayn oyunlardan uzaq durmağa səsləyib:

"Uşaqlar onlayn oyunlar oynayanda oradakı təhlükələrə qarşı diqqətli olmalıdırlar. Burada qəti şəkildə şəxsi məlumatları paylaşmaq olmaz”.

Balaca Arzu isə sehirli çubuq arzuladığını dilə gətirib:

"Sehrli çubuğum olsaydı, insanları sevindirərdim. Onlara yaşadığı bədbəxt hadisələri unutdurardım”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->