Milli Məclisin deputatı Etibar Əliyev feysbuk hesabında paylaşımlarına reaksiya verməyən dostlarını təhqir edib.
Qaynarinfo xəbər verir ki, deputat həmin şəxsləri dostluğundan çıxaracağını deyib.
"Facebookda 5000 dostum var. Əziz dostlarım! Mənim paylaşmalarıma kim münasibət bildirmək istəmirsə tərk etsin dostluğu. Bunu etməyən şəxsi vicdansız hesab edirəm. Yük olmaq lazım deyil. Mən təhsil və elm barədə ciddi paylaşmalar edəcəm. Dostluq üçün çoxsaylı müraciətlər var...Əks təqdirdə inciməyin özüm dostluqdan çıxaracam".
Millət vəkilinin bu statusu dostları tərəfindən birmənalı qarşılanmayıb. Statusa şərh yazanlar bu məsələdə belə sərt olmağın lazımsız olduğunu vurğulayıblar. Həmçinin deputatın özünün dostluğunda olan şəxslərin statusuna vaxt ayırıb-ayırmadığı da sual olunub.
Şərhlər