Ölkə 09:27 10.05.2021

Milli Aviasiya Akademiyasının iki müəllimi vəfat etdi (FOTO)

Milli Aviasiya Akademiyasının Elmi Tədqiqat Nəqliyyat Aerokosmik Problemləri İnstitutunun Yeni texnika və patent şöbəsinin rəisi Arif Ramazanzadə və Aerokosmik cihazlar kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Arif Bədəlov dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Aviasiya Akademiyası "Facebook" hesabında məlumat paylaşılıb.

Akademiyanın rəhbərliyi və kollektivi elm xadimlərinin vəfatı ilə əlaqədar başsağlığı verib.