Xəbər lenti

Milli Məclisdən AMEA-ya gedən deputatlar (SİYAHI)
Ölkə 09:40 27.12.2017

Milli Məclisdən AMEA-ya gedən deputatlar (SİYAHI)

Hazırda Milli Məclisdə fəaliyyət göstərən bir sıra deputatlar var ki, onlar həm də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışırlar.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, Milli Məclislə yanaşı, AMEA-da  çalışan deputatlar aşağıdakı şəxslərdir:
 
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli AMEA-ın vitse-prezidentidir. AMEA-ın həqiqi üzvü olan akademik elmi quruma gəlməzdən əvvəl uzun müddət Naxşıvan Dövlət Universitetinin rektoru olub. Hazırda  AMEA-da Nizami Gəncəvi adına  Ədəbiyyat İnstitutunun da direktorudur.
 
Yaqub Mahmudov 2004-cü ildən etibarən AMEA-ın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktorudur. O, həm də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvüdür. Y.Mahmudov bir çox nüfuzlu mükafatlara - "Şöhrət”, "Şərəf” ordenlərinə layiq görülüb, Dövlət Mükafatı laureatı olub.
 
Filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva da deputat alimlər sırasındadır. O, Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin üzvüdür.
 
AMEA və Milli Məclislə bağlı olan deputatlardan biri də Nizami Cəfərovdur. Parlamentin İctimai birliklər və dini qurumlar  komitəsinin üzvü olan akademik həm də AMEA-ın həqiqi üzvü kimi də diqqət çəkir. Bunlarla bərabər, filologiya elmlər doktoru həm də Bakıdakı Atatürk Mərkəzinin sədridir.
 
Tarix elmləri doktoru, professor Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktorudur. O, həm də parlamentin Elm və təhsil komitəsinin üzvüdür.
 
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov həm də  AMEA-ın həqiqi üzvüdür. Filologiya elmlər doktoru həmçinin AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin də direktorudur.
 
Milli Məclisin AMEA-da çalışan deputatlarından biri də Aytən Mustafayevadır. O, hazırda AMEA-nın İnsan Haqları İnstitutunun direktoru kimi fəaliyyət göstərir. Bununla yanaşı, Aytən Mustafayeva Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvüdür. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->