Ölkə 09:30 18.01.2022

Milli Qəhrəmanın anası vəfat etdi (FOTO)

Milli Qəhrəman İsgəndər Aznaurovun anası bu gün vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər. Məlumata əsasən, Birinci Qarabağ Müharibəsi şəhidi, Milli Qəhrəman İsgəndər Aznaurovun anası Kamilə Aznaurova bu gün 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İ. Aznaurov axısqa türküdür. O, Özbəkistanın Buxara vilayətində anadan olub. Birinci Qarabağ Müharibəsində könüllü iştirak edərək 1993-cü il 18 apreldə Gədəbəydə gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respubliksı prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?