“Milli Şura xalqın iradəsindən kənarda yaradılan bir qurumdur. Bu qurumun Azərbaycan vətəndaşlarına heç bir aidiyyəti yoxdur”.
APA-nın xəbərinə görə, bunu YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov Astarada YAP fəalları ilə görüşündə bildirib. YAP rəsmisi Demokratik Qüvvələrin Milli Şurası adlanan qurumun Azərbaycan vətəndaşları arasında dayağının olmadığını vurğulayıb.
“Azərbaycan vətəndaşların yeganə namizədi İlham Əliyevdir. Xalq öz iradəsini seçkilərdə göstərərək İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Təəssüf ki, müəyyən qruplar qarayaxmalarla məşğul olur, Azərbaycan reallıqlarını təhrif edir. Amma xalqın gözü tərəzidir, ağı qaradan seçməyi yaxşı bacarır”.
Qeyd edək ki, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov dünən Astara və Lerik rayonlarında YAP fəalları ilə görüşlər keçirib.
Qaynar.info
Şərhlər