İdman 21:54 27.09.2021

Millimiz böyükhesablı məğlubiyyətə uğradı

17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib.
 
Qaynarinfo xəbər verir ki, yığmamız Albaniyada monteneqrolu həmkarları ilə qarşılaşıb. Matç rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində penaltidən Aydan Həsənova fərqlənib.
 
U-17 seçmə mərhələdə növbəti oyununu sentyabrın 30-da Albaniya millisinə qarşı keçirəcək.
 
Səbuhi Həsənov