Millimiz daha bir yoldaşlıq oyunu keçirəcək

Millimiz daha bir yoldaşlıq oyunu keçirəcək

Futbol üzrə Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

Qaynarinfo-nun məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv Belarus yığması ilə qarşılaşacaq.

Görüş iyunun 2-də paytaxt Minskdəki Milli Olimpiya Stadionunda baş tutacaq. Oyunun saatı ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alaniyada Türkiyə yığması ilə də yoldaşlıq matçı keçirəcək.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR