Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Qaynarinfo xəbər verir ki, yığmamız Gürcüstandan olan həmyaşıdları ilə qarşılaşıb.
Bu, Rəşad Sadıqovun yetirmələrinin may ayı üçün nəzərdə tutulan 3 yoxlama matçından birincisi olub. Komandamız üç gündü Bakının qonağı olan Gürcüstan millisini "Dalğa Arena”da qəbul edib.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-20 yığmamız mayın 24-də və 27-də eyni stadionda Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.
Yoldaşlıq oyunu
16 may
Azərbaycan U-20 - Gürcüstan U-20 1:2
Qollar: Ziya Əzizov, 66 - David Muciri, 78. David Samurkasovi, 83.
Azərbaycan U-20: Kamran İbrahimov, Faiq Hacıyev, Anton Krivoçyuk, Rişat Qarayev, Amin Seydiyev, İsmayıl İbrahimli, Famil Camalov, Ziya Əzizov, Kamran Əliyev, Hacıağa Hacılı, Fərid Nəbiyev.
Gürcüstan U-20: Nika Kavtaradze, Andria Rurçeladze, Nika Kurşavişvili, Yuri Tabatadze, Piruz Qabitaşvili, David Samurkasovi, Luka Poçxua, Tornike Cebniauri, İrakli Burqidze, Vato Arveladze, Mixail Erqemlidze.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
"Dalğa Arena” stadionu.
Şərhlər