İdman 15:32 08.12.2021

Millimiz Ukrayna ilə eyni qrupda

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb. 

Qaynarinfo xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 2-ci qrupda Bosniya Herseqovina, Ukrayna və Lixtenşteynlə mübarizə aparacaq. 

Bu qrupun oyunları 24-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada keçiriləcək.

Avropa çempionaının final mərhələsi 2023-cü ildə Macarıstanda təşkil olunacaq.

Səbuhi Həsənov