21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Estoniya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan - Estoniya qarşılaşması martın 25-də Sumqayıtdakı "Kapital Bank Arena”da keçiriləcək.
Oyunun başlama vaxtı ilə bağlı məlumat veriləcək.
Səbuhi Həsənov
Şərhlər