"Qarabağ”dan ayrılan Riçard Almeyda karyerasını İtaliya klublarında davam etdirməyəcək.
Qaynarinfo xəbər verir ki, Türkiyənin ortabab Super Liqa təmsilçilərindən birində oynamaq təklifi alan yarımmüdafiəçinin xidmətində Çin və Qətər klubları da maraqlıdı. Eləcə də futbolçunun Rusiya Premyer Liqasında top qovmaq variantı var.
Lakin milliləşdirilmiş legionerin A seriyasına üz tutacağını vurğulamaq üçün real əsas yoxdu. İtaliyanın elita klublarından heç biri Almeyda ilə maraqlanmayıb.
Şərhlər