Malta millisinin baş məşqçisi Reymond Farrudca oyun zamanı başı yarılıb.
Qaynarinfo xəbər verir ki, hadisə maltalıların "AVRO-2020"nin seçmə mərhələsində İspaniyaya 0:7 hesabı ilə uduzduğu oyunda baş verib.
Qarşılaşmanın 64-cü dəqiqəsində onun başı məşqçilərin oturduğu zonada çərçivəyə dəyib. Bu zaman onun başından qan açılıb. Həkimlər dərhal məşqçiyə tibbi kömək göstəriblər.
Görüşdən sonra mütəxəssis bildirib ki, o, oyunun son 20 dəqiqəsində baş verənləri xatırlamır: "Zədə aldıqdan sonra demək olar heç nə yadımda qalmayıb".
Şərhlər