Bu gün səhər saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) ehtiyat transformatorlarının birində yenidən yanğın baş verib.
Məsələ ilə bağlı "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı Qaynarinfo-ya açıqlama verib. Qurum rəsmisi baş vermiş hadisə ilə bağlı məlumatlı olmadıqlarını bildirib:
"Bu barədə bizdə heç bir məlumat yoxdur. FHN açıqlama yayıbsa, ona istinad edin".
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi "Azərbaycan İES" MMC-nin ərazisində yenidən yanğın baş verməsi faktını təsdiqləyib və yanğının söndürüldüyü qeyd edilib.
Şərhlər