Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bəzi ölkələrdə minimum əmək haqqı çox yüksəkdir. Belə ölkələrin siyahısını oxucularımıza təqdim edirik.
1.Avstraliya- 2.863 dollar
Avstraliyada illik minimum əmək haqqı 34.358 dollardır. Bu isə aylıq 2.863 dollar deməkdir.
2.Lüksemburq- 2.468 dollar
Lüksemburq siyahıda ikincidir. Həftədə rəsmi iş saatı 40 saatdır. İlllik minimum əmək haqqı isə 29.611 dolllardır.
3.Monako- 2.168 dollar
Siyahıda üçüncüdür. Ölkə əhalisinin 16 faizi minimum əmək haqqı alır. Qalan 84% isə minimum əmək haqqından çox maaş alır. Həftədə rəsmi iş saatı 39 saatdır. İllik minimum əmək haqqı isə 26.015 dollardır.
4.San Marino- 2.029 dollar
San Marino cırtdan dövlətdir. Bu ölkədə minimum əmək haqqı ilə işləyən insanların illik maaşı 24.347 dollardır.
Yeni Zellandiya- 2.008 dollar
Yeni Zellandiyada minimum əmək haqqı ilə işləyən şəxs illik 24.098 dollar qazanır. Həftəlik iş saatı 40 saatdır.
6.Belçika- 1.925 dollar
Həftədə 38 saat işləyən belçikalıların illik minimum əmək haqqı məbləği 23.104 dollardır.
7.Hollandiya- 1.917 dollar
Hollandiya iqtisadiyyat sahəsində dünyanın aparıcı ölkələrindən sayılır. Həftəlik iş saatı 40 saat olan Hollandiyada illik minimum əmək haqqı 23.003 dollardır.
8.Almaniya- 1.913 dollar
Almaniyada işçiyə bir saata görə verilən pul ən azı 8.5 avrodur. İllik minimum əmək haqqı isə 22.950 dollardır.
9.İrlandiya- 1.874 dollar
Həftədə 39 saat işləyən irlandiyalının illik minimum əmək haqqısı 22.490 dollardır. Siyahının sonunda yer alan İrlandiyaya işçilərin kütləvi miqrasiyası var.
Şərhlər