Dünya 16:17 13.08.2020

Minskdə səsvermənin rəsmi nəticələri açıqlandı

Belarusiyanın bütün bölgələrində prezident seçkilərinin nəticələri yekunlaşdırılıb. 

Qaynarinfo xəbər verir ki, bununla belə son məlumatlar yalnız Minsk şəhər İcraiyyə Komitəsinin saytı tərəfindən yayımlanıb.

Paytaxtda seçicilərin 64,5%-inin Aleksandr Lukaşenkoya səs verdikləri məlum olub. Onun əsas rəqibi Svetlana Tixanovskaya 14,9 faiz səs alıb. Belarusun hazırkı liderinə ən çox səs Lenin və Frunze rayonlarında verilib.

Tixanovovaya ən çox Zavodskoy rayonunda səs alıb.

Minsk şəhər komissiyası artıq bütün sənədləri MSK-ya təqdim edib. Avqustun 11-də və 12-də ölkənin bütün bölgələrində komissiyaların iclasları keçirilib. Tut.by xəbər verir ki, regional komissiyalar qərarlarını hələ dərc etməyiblər.
 
Alpər