Xəbər lenti

Mirziyoyevin Lukaşenkonun təhdidinə cavabı: Arxada Ankara dayanır? (ŞƏRH)
Siyasət 17:20 14.01.2022

Mirziyoyevin Lukaşenkonun təhdidinə cavabı: Arxada Ankara dayanır? (ŞƏRH)

"Mirziyoyev bilavasitə Ankara ilə danışıqlar apararaq və müəyyən zəmanətdən sonra Lukaşenkonun təhdidinə cavab verib”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Qazaxıstana KTMT qüvvələrinin yeridilməsi fonunda Belarus prezidenti Lukaşenkonun bu ölkə ilə yanaşı Özbəkistanı da təhdid etməsinə geç də olsa verdiyi reaksiyaya münasibət bildirərkən deyib. Həmsöhbətimiz düşünür ki, verilən cavab da diplomatik dildə yetərli qədər qətiyyətli cavabdır:

"Özbəkistan prezidentinin Belarus prezidenti Lukaşenkoya cavabı əslində, ona deyil, Rusiyanın planlarına qarşı verilən cavabdır. Cavab Özbəkistanın bütün bu kimi problemlərə nə qədər hazırlıqlı və immunitetli olduğunu göstərdi. Mirziyoyev bununla demək istəyib ki, belə şeyləri ağlınızdan belə keçirməyin. Ağlınızdan keçirsəniz belə, qarşınızda ciddi Özbəkistan görəcəksiniz”. 

Mirziyoyevin təhdidə dərhal deyil, bir müddət sonra cavab verməsinə gəldikdə isə, həmsöhbətimiz ilk növbədə bəzi boş boltların bərkidilməsinin vacibliyini vurğulayıb: 

"Mirziyoyev də məhz belə etdi. Özbəkistanın ən böyük şəhərlərində ola biləcək boşluqlar axtarılır və olan boşluqlar da doldurulur. Xüsusən də güc orqanları ilə iş məsələsi ciddi şəklə gəlib. Əmin olun ki, Lukaşenkonun təhdidindən sonra Mirziyoyevin Türkiyə və türk dünyası ilə də müəyyən danışıqları olub. Bilavasitə bu danışıqlar və müəyyən zəmanətdən sonra nəhayət təhdidə cavab verildi. Bu da Mirzizoyevin tək Lukaşenko və ya Rusiyaya cavabı kimi dəyərləndirilməməlidir. Bu, Daşkəndin də kürəyini söykədiyi Türk dünyasının cavabı idi”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->