Mişel Platini həbs olundu

Mişel Platini həbs olundu

UEFA-nın keçmiş prezidenti Mişel Platini həbs olunub.

Qaynarinfo xəbər verir ki, fransalı futbol funksioneri 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı korrupsiya araşdırmaları çərçivəsində Parisdə saxlanılıb. O, Nanterra polis şöbəsində saxlanılır. Platini 2010-cu ildə keçirilmiş səsvermənin nəticələrinin mümkün saxtalaşdırılması prosesində iştirakda şübhəli bilinir. 

Qeyd edək ki, Mişel Platini 2007-2015-ci illərdə UEFA*ta rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR