Dünya 17:13 04.11.2019

Misirdə 83 terrorçu məhv edildi

Misir Sinay yarımadasında 83 silahlının öldürüldüyünü açıqlayıb.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, təhlükəsizlik əməliyyatları yarımadanın mərkəzi və şimalında təşkil edilib.
 
Oktyabr ərzində baş tutan əməliyyatlar zamanı 61 şübhəli həbs edilib, 376 partlayıcı cihaz aşkarlanıb. 

Qeyd edək ki, 2018-ci ilin fevral ayından bəri başlayan anti-terror əməliyyatları zamanı yüzlərlə terrorçu zərərsizləşdirilib.

Gülşən