Misirli milyarder biznesmen Hüseyn Salem 85 yaşında vəfat edib.
Qaynarinfo Egypt Today-ə istinadən xəbər verir ki, milyarder İspaniyanın paytaxtı Madriddə uzun müddət davam edən xəstəlikdən sonra həyatını itirib.
H.Salem 2011-ci ildə İspaniyada korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə həbs edilmişdi. 4 milyard dollardan çox pula sahib Salem 2016-cı ildə sərvətinin 75%-ni özü və yaxınlarının ölkəsinə problemsiz qayıda bilməsi qarşılığında Misir dövlətinə bağışlayıb.
Qeyd edək ki, Hüseyn Salem Misirin sabiq prezidenti Hüsni Mübarəkin yaxın şəxslərindən idi.
Gülşən
Şərhlər