Ölkə 14:49 03.12.2020

MN: 1245 hərbi qulluqçumuzun müalicəsi davam etdirilir

Müdafiə Nazirliyi tibb müəssisələrində müalicə olunan yaralı hərbçilərin sayını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Hazırda 1245 nəfər hərbi qulluqçumuzun müalicəsi davam edir.

Qeyd edək ki, Vətən müharibəsində Azərbaycanın 2783 hərbi qulluqçusu şəhid olub.