Video 17:29 30.09.2020

MN: Bu gün düşmənin daha səkkiz döyüş texnikası məhv edilib (VİDEO)

Son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin 1 ədəd "Uraqan” yaylım atəşli reaktiv sistemi, 1 ədəd "OSA” zenit-raket kompleksi, 3 ədəd BM-21 "Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını və 2 ədəd D-20 haubitsa-topu məhv edilib.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.