Xəbər lenti

Mobil nömrələrin daşınmasına SON HAZIRLIQ
Ekonomiks 10:06 18.04.2013

Mobil nömrələrin daşınmasına SON HAZIRLIQ


Azərbaycanda mobil operatorlar arasında nömrələrin daşınması üçün son hazırlıq işləri gedir.

Bu barədə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə verdiyi açıqlamasında söyləyib.

Nazir müavini bildirib ki, operatorların hazırlığından asılı olaraq mobil nömrələrin daşınması prosesinə keçid başlayacaq:

«Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar da nömrələrin daşınması üçün lazım olan prosedurları, demək olar ki, başa vurublar. Artıq son tamamlama işləri həyata keçirilir. Hesab edirəm ki, yaxın zamanlarda bu prosesə start veriləcək. Onda hər bir mobil telefon istifadəçisi öz nömrəsini bir operatordan digərinə daşıya biləcək. Bu sistem birbaşa olaraq abonentlərə öz seçimlərini etməsi üçün daha əlverişli şərait yaradacaq».

ictnews.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->