Dünya 09:03 21.10.2019

Morales prezident seçkilərində liderlik edir

Boliviyada ötən gün keçirilən prezident seçkilərində Evo Morales liderlik əldə edib.

Qaynarinfo xəbər verir ki, Respublika Ali Seçki Məhkəməsinin məlumatına görə, səslərin 95%-i sayılıb və E.Morales 45,28% səs toplayıb. Hazırkı prezident üstünlük qazansa da, yenidən ölkə rəhbəri seçilmək üçün lazımi səsi toplaya bilməyib.

Qeyd edək ki, E.Morales 2-ci turda 38,16% səs əldə edən sabiq prezident Karlos Mesu ilə mübarizə aparacaq.

Gülşən