Rusiyanın paytaxtı Moskvada Vnukovo hava limanında polis yoxlama aparır.
Buna aeroport ərazisində bomba qoyulması barədə anonim zəng səbəb olub.
Qeyd olunur ki, hazırda hava limanının bütün ərazisində xüsusi itlərin vasitəsilə axtarış davam etdirilir.
Bununla belə, aeroport rəhbərliyi təxliyənin planlaşdırılmadığını, hava limanının adi rejimdə işini davam etdirdiyini bildirib.
Eyni zamanda, Domodedovo və Şeremetyevo hava limanlarına analoji anonim zənglərin daxil olduğu deyilir.
Trend bildirir ki, hər üç aeroportda axtarışlar davam etdirilir.
Şərhlər